Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köhnə ildə yadda qalanlar və yeni ildən gözləntilər  

Yeni İlə saylı saatlar qalıb. Köhnə ilin son ayının son saatlarını yaşamaqdayıq. Köhnə ilin yekunu həm də yaşadığımız il, fəaliyyətimiz, görülən işlərin kəmiyyət və keyfiyyətinə verilən qiymət, dəyərləndirilməsi ilə bağlı özlüyümüzdə apardığımz bir hesabatdır.

Köhnə il nə ilə yadda qaldı və təzə ilə hansı yeniliklər, problemlərlə gedirik?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu istiqamətdə maraqlı fikirlər söylədi:

"Zəngəzur yolundan ta Vətənim Göyçəyə, İrəvana qədər getmək"

Hafiz Hacıyev, MMP sədri:

"Əvvəlcə istərdim ki, yola saldığımız 2020-2021-ci illərdə hərbi meydanda qazandığımız uğurlar, yaşadığımız qələbə sevinclərinə görə başda Ali Baş Komandan olmaqla hər bir Azərbaycan vətəndaşını, dünya azərbaycanlılarını təbrik edim.

Azərbaycan xalqı üçün bu illərin əhəmiyyəti böyükdür. Məncə bu əhəmiyyətinə görə də heç vaxt köhnələn deyil. Biz hər gələn yeni ili məhz bu ildə qoyduğumuz qələbə, zəfər bünövrəsinin üzərində inkişaf etdirəcəyik. Ona görə də müzəffər ordumuz, Ali Baş Komandan, xalqın vəhdətini nə yolla olursa olsun, qorumalıyıq.

31 dekabr həm də bizim həmrəylik günümüzdür. Mənfur ermənilər, onların ABŞ, Fransa kimi havadarları, lobbiləri bu gün az qala Azərbaycanı haqsız çıxarmaq istəyirlər. ABŞ Azərbaycanı hərbi cinayətdə ittiham edən sənəd qəbul edib. Görünən budur ki, Azərbaycanın mübarizəsi bitməyib. Biz prezidentlə
bir olmalı, xarici düşmənlərə qarşı öz gücümüzü göstərməliyik. Eləcə də dünya azərbaycanlıları Azərbaycana qsrşı çıxan hər bir kəsə, hər bir sənədə qarşı özünün yekdil sözünü deməlidir. Bu gün dünya Azərbaycanın həmrəylik gücünü hiss etməlidir.

Həmişə təəssüf və hiddətlə qarşıladığım məsələ məmurların özbaşınalığı, rüşvətxor nazirlərin xalqı deyil, öz eyş-işrətini düşünməsi faktları olub. Məmurlar əhalini narazı salmaqla daxildə bir çaxnaşma yaratmaq istəyirlər. Ailələri erməni, rus qarışığından olan nazir, məmur bu millət üçün heç nə edə bilməz. O nə şəhid ailəsinə hörmət edəcək, nə də qazinin dərdini anlayacaq. Ona görə də hesab edirəm ki, köhnə ildə qazandığımız uğuru saxlamaq və ali məqsədlərimizə çatmaq üçün yüksək vəzifələrə kökü bəlli olan milli kadrlar gətirilməlidir. Əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün işlər görülməlidir. Yararsız İcra hakimiyyətləri ləğv olunmalıdır. Çünki onlar əhaliyə dəstək, kömək olmur.

Biz MMP olaraq yenə də prezidentin, xalqın yanındayıq.

Yeni ildə ən böyük gözləntim Xankəndinin Azərbaycanın inzibati ərazisi kimi ölkə qanunları ilə fəaliyyət göstərməsidir. Eyni zamanda, Zəngəzur yolundan ta Vətənim Göyçəyə, İrəvana qədər getmək, doğma torpaqlarımızda yaşamaqdır". (versus.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar